Xalid • 18:52
Salam, Eldar. Sənlə bir şey danışmaq istəyirəm. Düzdü uzun müddət sonra yazmaq qəribədir amma vaxtın olanda yazsan sevinərəm.
Eldar • 19:10
salam xalid, yaxsiyam sen necesen. he tebii ki buyur, seni dinleyirem.
Xalid • 19:11
Eldar açıq danışacam. Bizim Renaex-in serverlərindən birinə ddos attack olub və biz araşdırıb tapdıq ki, bu ip-lərin içində sənin də ip ünvanın var.
Eldar • 19:12
eminsen xalid? menim ip unvanim ne gezir orda
Xalid • 19:13
Eldar gəl açıq danışaq. Gizlənməyin mənası yoxdur. Onsuzda bu işə polis qatan deyiləm narahat olma))
Eldar • 19:15
isteyirsen qat, qorxan yoxduki xalid. men duzem sehv isim emelim olmayibki.
Xalid • 19:18
Eldar, mən səni tanıyanda səni sözünü deyən biri kimi tanıyırdım. Onsuzda ona görə CanLup dağılmadı? Mən indi yenə həmin Xalidəm. Səndən dəqiq bir şey edib getmək fikrim var idi. Amma görürəm ki, həyat Eldar "müəllimi" çox dəyişib.
Eldar • 19:22
mende ele hemin eldaram. gelib burda bu deyq mene ser atirsan ki yox ddos atmisan ya neynemisen. men o eldaramki seni camaatin elinden almisdim. ne tez unudursan. mence deyisen sensen burda. sen deyildin <sene can borcum var brat> deyen?
Xalid • 19:24
Saxla. Can borcum var demişəm deyə mütləq öldürməliydin məni? Başın qaçıb sənin. Dəqiq söhbətdi ki başın gedib sənin. Nə elədiyindən xəbərin yoxdu. Dünən gecə 2.51dən bu tərəfə mənim sənə çöp borcum belə yoxdu. Amma sən çox şey borclusan. Sənə yox komanda qura bilməzsən desəydim təkcə vasmoyda min nəfərə yaxın adama biabır olacaqdın.
Eldar (XİDMƏTİ ETİRAF) • 19:26
ey yaxsi dayan. bu sadece zarafat idi. yani zarafat elemek istemisdim amma bu xeberdarlig zarafati idi. ne istediyimi ne eceb bilmirsen? axi ele 4 il evvel demisdim.
Xalid • 19:28
4 il əvvəl mən də sənin cavabını vermişdim. Problemin mənlədirsə, qadının-qızın, uşağın nə guhahı var idi Eldar? Sən nakişi adını üstünə götürəcək qədər qudurdun? Mənim əlimin altında böyüməmişdin sən? Sən namusu oyuncaq edəcək qədər çaşdın? Verim indi səni infosecə?
Eldar • 19:30
dedin aramizda. mənə kişilikdən danışma, reaxda yazmadığın qız yoxdu. hec dusunmedin samsun ve eldar ne elaqe? samsunlu dostun yoxdu? ya da oguzda qalan teze bratvan? yadina gelir canlup vaxtlarinda sene instagram acmisdiq amma bizim smm idare edirdi? revangil... bax sen o qeder agilsizsanki iki hesabinin da sifresini oxsar qoymusan hetta mailde.
Xalid • 19:32
Xəstəsən sən? Furkan ya da Tunar botdu yəni? Ya da Nadir, başqası? Şərəfsiz, sən idin rəqiblərə bizim hərəkətlərimizi öncədən deyən!
Eldar • 19:34
yox amma onlarla fealiyyetini izleyen botlarim var. sence feridgilin nece xeberi oldu reaxdan? ele sekilde mesaj yaz ki sabah xebercilik edende demesinler ki sen de ona pis soz yazmisan. mesajlari rahat gostere bilesen.
Xalid • 19:35
Birincisi yalançı adındı. İkincisi bizim serverin pulunu doğ ortaya. Qalanına sonra baxarıq.
Eldar • 19:36
niyese borcum var? ala bilirsen alda )) onsuzda olacaq (reax mənim olacaq). hələ bayaq dedim, var, özdə ödəyə bilməyəcəyin qədər.
Xalid • 19:40
Hə bir də furkanın adından qızlara yazanlar da sənin kruqundu onda? Bizə sabah axşama kimi vaxt: ya özün gəl etiraf et, yoxsa o ifadəni sizdən zorla alacam.
Eldar • 19:42
tez oyrenirsen, tez de hell edeceyem isimi. sen mene vaxt qoyursan ezizim? 4 il evvelki kimisen, ogunku komentlerde duz idi, egon seni bitirecek usag. qacdin? qac brat qac, qaca qaca qurtulursan onsuzda.